Bakıda gecə binalar üzərində dronlar niyə uçur?

alfonsonri
Oxunma vaxtı:24 Saniyə

Mayın 30-da saat 03:30-dan 04:30-a kimi Bakının mərkəzində bir sıra binalarının üzərində dron uçuşu qeydə alınıb.

Bu barədə “Azfront” məlumat və video yayıb.

Bildirilib ki, bir-birinin ardınca qırmızı və yaşıl işıq saçan dronlar bir neçə dəfə binaların damına enib, sonra yenidən havaya qalxıb.

Qeyd edək ki, Azərbaycanda dronlardan fiziki şəxslərin istifadəsinə yalnız xüsusi razılıq ilə icazə verilir. Amma Bakıda gecə uçuşu həyata keçirən dronların icazəli olub-olmadığı, hansı məqsədlə uçuş həyata keçirdiyi bilinmir.Axar.az

Loading

Next Post

Ərdoğan “Qalatasaray”ı təbrik edib - FOTO 

Xəbər verdiyimiz kimi “Qalatasaray” Türkiyə Superliqasında 2022-2023 mövsümünün qalibi olub. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 23-cü dəfə Türkiyə çempionu olan “Qalatasaray”ı təbrik edib.  Türkiyə Prezidenti rəsmi “Twitter” hesabıda Super Liqanın 2022-2023 mövsümünün çempionu “Qalatasaray”ı, azarkeşlərini və bütün Qalatasaray ictimaiyyətini ürəkdən təbrik etdiyini qeyd edib.