KİV: Gürcüstan hökumətində kadr dəyişiklikləri olacaq

Oxunma vaxtı:19 Saniyə

Gürcüstan hökumətində kadr dəyişikliklərinin həyata keçiriləcəyi planlaşdırılır.

Bu barədə məlumatı “Tv Pirveli” kanalı yayıb.

İddiaya əsasən, daxili işlər naziri Geka Geladze müdafiə naziri təyin olunacaq, müdafiə naziri İrakli Çikovani isə diplomatik vəzifəyə təyinat alacaq.

Daxili işlər naziri postuna isə Geka Geladzenin müavini Roni Mesxinin namizədliyinin nəzərdən keçirildiyi qeyd olunub.

Hakim “Gürcü Arzusu” partiyasının deputatları telekanala açıqlamalarında hökumətdə kadr dəyişiklikləri barədə məlumatlı olmadıqlarını bildiriblər.

Loading

Next Post

Mina partlayışında həlak olan Muğan musiqi müəllimi imiş - Video

Dünən Füzulidə mina partlayışı nəticəsində həlak olan ANAMA əməkdaşı Muğan Mətili musiqi müəllimi imiş. Mərhumun qohumu Anar Əliyev “Qafqazinfo”ya bildirib ki, Muğan iki ildir müəllimlikdən uzaqlaşaraq ANAMA-da çalışmağa başlayıb. Qeyd edək ki, M.Mətili ailəli idi və iki övladı yadigar qalıb.