Tovuzda 19 yaşlı qız qaçırılıb, 4 nəfər saxlanılıb

Oxunma vaxtı:29 Saniyə

Aprelin 3-də Tovuz Rayon Polis Şöbəsinə rayon sakini olan 19 yaşlı xanımın evlənmək məqsədilə zorla qaçırılması barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan APA-ya verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə xanımın yeri müəyyən edilərək ailəsinə təhvil verilib.

Cinayət əməlini törətməkdə şübhəli bilinən rayon sakinləri — 32 yaşlı Nemət Məmmədov, onun qardaşı 34 yaşlı İsmət Məmmədov, həmkəndliləri 38 yaşlı Elmar Abdıyev və 42 yaşlı V. Tağıyeva saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı Cinayət Məcəlləsinin adam oğurluğu maddəsi ilə cinayət işi başlanaraq onlar cinayət məsuliyyətinə cəlb olunublar. İstintaq araşdırmaları davam etdirilir.

Loading

Next Post

Azərbaycanda dövlət qurumlarını hədəf alan bloklanmış saxta domen sayı 20 % artıb

Bu ilin yanvar-mart aylarında Azərbaycanda dövlət qurumlarının adına bənzər 6 saxta domen bloklanıb. “Report”un Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 20 % çoxdur. Xatırladaq ki, 2025-ci ildə dövlət qurumlarını hədəf alan 40 saxta domen aşkarlanaraq bloklanıb. Bu […]