Bakıda teplovozun altında qalan kişi öldü

Oxunma vaxtı:21 Saniyə

Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Avqustun 21-də 1989-cu il təvəllüdlü Pərviz Mustafayevi Binəqədi rayonu ərazisində relsin üstündən keçərkən teplovoz vurub. O, avqustun 26-da xəstəxanada ölüb.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 262.2-ci (dəmir yolu, su və ya hava nəqliyyatının hərəkət təhlükəsizliyi və istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

İbtidai istintaq davam etdirilir.

Loading

Next Post

Baş nazir: Terror aktı törədənlər Pakistanla Çin arasında gərginlik yaratmaq istəyirlər

Pakistanın Bəlucistan əyalətində terror aktları törədən silahlılar Pakistan-Çin iqtisadi dəhlizinin inkişafını ləngitmək məqsədi güdürlər. Bunu Pakistanın Baş naziri Şahbaz Şərif bildirib. Baş nazir vurğulayıb ki, iki ölkə Bəlucistandakı dərin dəniz limanına külli miqdarda investisiya yatırıb. Onun sözlərinə görə, yaraqlıların hədəfi regionda qızıl və mis mədənlərinə sahib olan İslamabad və Pekin […]