Xarici qərarların tanınmasında Ali Məhkəmə tərəfindən şəffaflıq və tam neytrallıq təmin olunur

Oxunma vaxtı:44 Saniyə

Ali Məhkəmə xarici məhkəmə qərarlarının tanınması ilə bağlı müsbət irəliləyişlər müşahidə olunur.

Bunu vəkil Fərid Nəbili bildirib.

Vəkil deyib ki, ​Ali Məhkəmədə daha şəffaf və təkmilləşdirilmiş hüquqi prosedurlar və iclaslar keçiilir: “Hətta dövlət müəssisələrinin iştirak etdiyi işlərdə belə neytrallığın və ədalətliliyin artması çox vacib bir irəliləyişdir. Məsələn, tanınma işlərimizdən birində, dövlət şirkətinə qarşı 20 milyon AZN məbləğində olan qərar Ali Məhkəmə tərəfindən tanınıb”.

F.Nəbili məsələ ilə bağlı öz təklif və tövsiyələrin də bölüşüb:

“Məhkəmə iclaslarının rəsmi dayandırılması anlayışı tətbiq edilmir ki, bu da rəsmi dayandırma qərarı olmadan iclasların təkrarən və uzun müddətə təxirə salınmasına səbəb ola bilər. ​Tanınmadan sonrakı icra prosesi zamanı müəyyən faktların dəyişməsi ehtimalına qarşı ləğvetmə sərəncamı imkanı potensial qoruyucu vasitə kimi nəzərə alınmalıdır. Buna görə də gələcəkdə baş verə biləcək dəyişikliklərlə bağlı həddindən artıq məhkəmə ehtiyatlılığı “tanınma” konsepsiyasına xələl gətirə bilər. ​İşin mahiyyəti və xaricdə baş verən əlaqəli hadisələr geniş şəkildə yenidən araşdırılmamalıdır”.

Loading

Next Post

Trampın ABŞ-ni NATO-dan çıxarmaq istəyi - əngəl olan, istifadə müddəti bitən Alyans - ŞƏRH

ABŞ Prezidenti Donald Tramp ölkəsinin NATO hərbi-siyasi blokundan çıxması ilə bağlı məsələni yenidən gündəmə gətirib. O, xalqa müraciətindən öncəki çıxışında Ştatların Alyansdan çıxması imkanından bəhs edəcəyini desə də, telemüraciətində NATO ilə bağlı məsələni birbaşa dilə gətirməyib.ABŞ-nin Avropadakı, Şimali Atlantik blokundakı müttəfiqləri arasında Rusiyanın Ukraynada apardığı müharibəyə yanaşmasında fərqlilik mövcud idi. […]