Dövlət Baxçalı: Türkiyə və ya Azərbaycan hava məkanında yolunu itirmiş raket görmək istəmirik

Oxunma vaxtı:28 Saniyə

Türkiyə Böyük Millət Məclisinin üzvü, Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı Türkiyə və ya Azərbaycan hava məkanında istiqamətini və yolunu itirmiş raket görmək istəmədiyini bildirib.

O bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) iclasında deyib.

Baxçalının sözlərinə görə, Türkiyə qonşuluq hüququnu qorumaq istəyir:

“Lakin Türkiyə elə bir ölkə deyil ki, istəyən raket atsın. Bunu açıq şəkildə bildiririk. Bir daha Türkiyə və ya Azərbaycan hava məkanında istiqamətini və yolunu itirmiş bir raket görmək istəmirik”.

Qeyd edək ki, İrandan müxtəlif vaxtlarda Türkiyə hava məkanına daxil olan iki raket NATO hava hücumundan müdafiə qüvvələri tərəfindən zərərsizləşdirilib.

Loading

Next Post

Prezident İlham Əliyev Naxçıvan Konstitusiyasına dəyişiklikləri təsdiqləyib

Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına Ali Məclisin və Naxçıvan Nazirlər Kabinetinin səlahiyyətləri ilə bağlı yeni maddələrin əlavə edilməsi təsdiqlənib. Bununla bağlı Prezident İlham Əliyev “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” Konstitusiya qanununu imzalayıb. Sənədə əsasən, Naxçıvan Konstitusiyasına iki yeni maddə (maddə 3-1 və maddə 28-1) əlavə edilir, bir maddə […]