Oktyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb

DogruSozTv Az
Oxunma vaxtı:23 Saniyə

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən oktyabr ayının bütün sosial ödənişləri başa çatdırılıb.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Oktyabrın 10-da Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu və Naxçıvan Muxtar Respublikası üzrə oktyabr ayının pensiyaları, oktyabrın 21-də digər bölgələrdə yaşayan pensiyaçıların və güzəştli şərtlərlə pensiya təyin edilmiş şəxslərin oktyabr ayı üzrə pensiyaları, bu gün isə oktyabr ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları ödənilib.

Loading

Next Post

İlham Əliyev: Azərbaycanla Qazaxıstan arasında siyasi təmaslar əməkdaşlığın dərinləşdirilməsi üçün zəmin yaradır

Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan dövlət başçısı Kasım-Jomar Tokayevlə siyasi təmasların intensivliyinin bütün sahələrdə əməkdaşlığın dərinləşməsinə zəmin yaratdığını bəyan edib. Bu barədə Azərbaycan Prezidentinin Qazaxıstanın milli bayramı – Respublika Günü münasibətilə Kasım-Jomart Tokayevə göndərdiyi təbrik məktubunda deyilir: “Siyasi təmasların intensivliyi, ali səviyyədə qarşılıqlı anlaşmanın və fəal dialoqun mövcudluğu müxtəlif sahələrdə, […]