Müdafiə Nazirliyi vətəndaşlara sosial şəbəkələrdə hərbi sirrləri paylaşmamaqla bağlı növbəti dəfə müraciət edib. Qeyd edək ki, son günlər sosial şəbəkələrdə düşmənə hərbi sirrin ötürülməsi üçün fakt ola biləcək bir sıra fotolar, videogörüntülər paylaşılır. Bəzi istifadəçilər hərbi texnikanın, cəbhəyanı ərazilərin, hərbi qulluqçuların foto və videogörüntülərini paylaşırlar.
Oktyabrın 24-ü gün ərzində və 25-nə keçən gecə cəbhənin Ağdərə, Xocavənd, Füzuli, Hadrut, Qubadlı və Laçın istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensivliklə davam edib. Oxu24.com Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, düşmən qoşunlarımızı atıcı silahlar, tanklar, minaatanlar və toplardan atəşə tutub. Azərbaycan Ordusunun bölmələri əməliyyat planına uyğun əsas istiqamətlərdə döyüş fəaliyyətlərini […]