Problemli kreditlər 22%-dən çox azalıb

Oxunma vaxtı:21 Saniyə

Bu il fevralın ayının 1-nə Azərbaycanda problemli kreditlərin həcmi əvvəlki aya nisbətən 3,6% azalaraq 454.1 milyon manata enib.

Bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.

Vaxtı ötmüş kreditlər ötən ilin eyni dövrü ilə müqayisədə isə 22,2% azalıb.

Cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 1 faiz bəndi azalaraq 1.9% təşkil edib.

Loading

Next Post

Bakıya gələn türkiyəli nazir müavini: Samuxlu qaçaq Məhəmmədin nəvəsi - FOTOLAR

Xəbər verdiyimiz kimi, Türkiyə milli müdafiə nazirinin müavini Şuay Alpay bu gün Bakıya gəlib. O, Azərbaycan müdafiə naziri Zakir Həsənov, Baş Qərargah rəisinin müavini Kərim Vəliyev və digər rəsmi şəxslərlə görüş keçirib. Görüş zamanı nazir müavininə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı təqdim edilib. O, Prezident İlham Əliyevin müvafiq […]