Bakıya gələn türkiyəli nazir müavini: Samuxlu qaçaq Məhəmmədin nəvəsi – FOTOLAR

Oxunma vaxtı:1 Dəqiqə, 3 Saniyə

Xəbər verdiyimiz kimi, Türkiyə milli müdafiə nazirinin müavini Şuay Alpay bu gün Bakıya gəlib. O, Azərbaycan müdafiə naziri Zakir Həsənov, Baş Qərargah rəisinin müavini Kərim Vəliyev və digər rəsmi şəxslərlə görüş keçirib.

Görüş zamanı nazir müavininə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı təqdim edilib. O, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə bu medala layiq görülüb.

Şuay Alpayın AXC-nin 100 illiyi medalı ilə təltif olunması təsadüfi deyil.

Modern.az bildirir ki, Türkiyə dövlətinin nümayəndəsi kimi tez-tez Azərbaycana gələn Şuay Alpayın babası Məhəmməd Qasım bəy 1918-ci ildə Azərbaycanın müstəqilliyi üçün mübarizə aparıb və Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin üzvlərindən olub. 1920-ci ildə bolşeviklərin işğalı zamanı Gəncənin müdafiəsi Məhəmməd Qasım bəyə tapşırılıb.

 O, konfransların birində ana tərəfdən əslinin Gəncəbasar bölgəsinin Samux rayonundan olduğunu bildirib.

Bolşeviklər Azərbaycanı işğal etdikdən sonra o, silahını yerə qoymur və 1932-ci ilədək dağlara çəkilərək bolşeviklərə qarşı mübarizə aparır, xalq arasında qaçaq Məhəmməd Qasım bəy kimi tanınıb. Sonradan isə bu şəxs Türkiyəyə mühacirət edib.

1960-cı ildə Türkiyənin Elazığ şəhərində dünyaya göz açan Ş.Alpay İstanbul Universitetinin hüquq fakültəsinin məzunudur. O, 1986-1991-ci illərdə hakim, 1991-ci ildən isə vəkil kimi fəaliyyət göstərib. 2015-ci ilin dekabrından Ş.Alpay Türkiyə milli müdafiə nazirinin müavini vəzifəsini icra etməkdədir.

Loading

Next Post

Azərbaycanda ən yüksək maaş alanlar bu sahələrdə çalışırlar - SİYAHI

2023-cü ildə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1741,8 min nəfər olub. Onların 51.6 faizi dövlət sektorunda, qalanı qeyri-dövlət sektorunda fəaliyyət göstərir. Ötən il ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilə nisbətən 11,2 faiz artıb. Beləliklə, 2023-cü ildə Azərbaycanda orta aylıq nominal əməkhaqqı 933,8 manat olub. Ancaq orta […]