Saçını kəsdirdiyi bərbər başına torba keçirib pulunu taladı – Video

Oxunma vaxtı:38 Saniyə

Müştərisinin saçını kəsib sonra təqaüdünü talayan bərbər saxlanılıb.

Hadisə Abşeron rayonu Mehdiabad qəsəbəsində baş verib.

Belə ki, zərərçəkən küçə ilə hərəkətdə olarkən naməlum şəxsin ona zor tətbiq edərək 485 manatını taladığı barədə polisə müraciət edib.

Abşeron RPİ Mehdiabad Polis Bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 43 yaşlı Hüseynbala Cəfərov müəyyən edilərək saxlanılıb.

Araşdırma zamanı məlum olub ki, həmin gün zərərçəkən daimi müştərisi olduğu kişi salonuna gedib və söhbət əsnasında bərbəri olan H.Cəfərova təqaüdünün köçdüyünü bildirib. Bunu eşidən həmin şəxs zərərçəkəni yol boyu izləyərək ona zor tətbiq edib, başına polietilen torba keçirməklə cibindəki pulu talayıb. Daha sonra isə o, pulu narkotik vasitə almaq üçün şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşına onlayn yolla göndərib.

Faktla bağlı araşdırma aparılır.

Loading

Next Post

Naxçıvan Ali Məclisi deputatlarının köməkçiləri olacaq

Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisi deputatlarının köməkçiləri olacaq. Bununla bağlı “Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının statusu haqqında” qanuna təklif edilən dəyişikliklər Ali Məclisin bugünkü plenar iclasında müzakirə edilib. Qanun layihəsinə əsasən, deputatın fəaliyyətinin təmin edilməsi məqsədilə onun köməkçiləri ola bilər. Belə ki, deputatın köməkçiləri Naxçıvan MR-nin büdcəsi hesabına […]