Naxçıvan Ali Məclisi deputatlarının köməkçiləri olacaq

Oxunma vaxtı:24 Saniyə

Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisi deputatlarının köməkçiləri olacaq.

Bununla bağlı “Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının statusu haqqında” qanuna təklif edilən dəyişikliklər Ali Məclisin bugünkü plenar iclasında müzakirə edilib.

Qanun layihəsinə əsasən, deputatın fəaliyyətinin təmin edilməsi məqsədilə onun köməkçiləri ola bilər. Belə ki, deputatın köməkçiləri Naxçıvan MR-nin büdcəsi hesabına saxlanılacaq. Onların işə qəbulu əmək qanunvericiliyi ilə tənzimlənəcək.

Deputatın köməkçisinə aid əlavə tələblər Ali Məclis sədrinin qərarı ilə müəyyən ediləcək.

Layihə müzakirələrdən sonra birinci oxunuşda qəbul olunub.

Loading

Next Post

AQTA Ramazan ayında düzgün qidalanmaqla bağlı məlumat yayıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Ramazan ayında düzgün qidalanmaqla bağlı məlumat yayıb. Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumata yayıb. Bu dövrdə ən vacib məqamlardan biri su balansının qorunmasıdır. “İftarla imsak arasında kifayət qədər su içmək, həmçinin maye tərkibli qidalara üstünlük vermək orqanizmin susuz qalmasının qarşısını alır. Orucu ilıq su […]