Sabah Biləsuvarda 16 min abonentin qazı kəsiləcək

Oxunma vaxtı:17 Saniyə

Sabah Biləsuvar rayonunun 20 yaşayış məntəqəsinin qaz təchizatında fasilə olacaq.

Biləsuvar rayonu ərazisində yerləşən qaz tənzimləyici qurğunun dəyişdirilməsi ilə əlaqədar qazın nəqlinin dayandırılması zərurəti yaranıb.

Bu səbəbdən, mayın 15-də saat 10:00-dan etibarən işlər başa çatanadək rayon ərazisində bir şəhər, bir qəsəbə və 18 kənd olmaqla, ümumilikdə 16 min abonentin qaz təchizatının dayandırılması planlaşdırılır.

Loading

Next Post

Prezident İlham Əliyev paraqvaylı həmkarını təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev paraqvaylı həmkarı Santyaqo Penyaya təbrik məktubu göndərib. Məktubda deyilir: “Hörmətli cənab Prezident, Paraqvay Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm. İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq birgə səylərimizləAzərbaycan-Paraqvay dostluq əlaqələri […]