Naxçıvan MR Baş naziri kollektivə təqdim edilib

Oxunma vaxtı:29 Saniyə

Naxçıvan Muxtar Respublikasının Baş naziri Cabbar Musayev kollektivə təqdim edilib.

Təqdimat mərasimindən əvvəl Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov və Baş nazir Cabbar Musayev Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzi meydanında ucaldılan abidəsini ziyarət edib.

Nazirlər Kabinetinin kollektivinə təqdim edilən Baş nazir Cabbar Musayev çıxışında göstərilən yüksək etimada görə Prezident İlham Əliyevə minnətdarlıq edib.

Səlahiyyətli nümayəndə Ceyhun Cəlilov çıxış edərək Prezident İlham Əliyevin tapşırıqlarını diqqətə çatdırıb. Bildirib ki, Nazirlər Kabinetinin əsas vəzifəsi sosial-iqtisadi proqramların vaxtında və keyfiyyətlə icra edilməsidir. Atılan bütün addımların mərkəzində vətəndaş məmnunluğu və sosial ədalət prinsipləri dayanmalıdır.

Loading

Next Post

Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri Cey Di Vensə açıq məktub ünvanlayıblar

Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti Cey Di Vensə açıq məktub ünvanlayıblar. APA məktubun tam mətnini təqdim edir: “Hörmətli cənab Vitse-prezident, Əsrlər boyu sivilizasiyalar arasında körpü rolunu oynayan bir xalqın nümayəndələri olaraq Sizə məktub yazırıq. Bura azan səsinin və kilsə zənglərinin əsl birgəyaşayış ruhunda ahəngdar şəkildə bir-birinə qarışdığı […]