Novruzla Ramazan eyni gündə qeyd ediləcək – 11 gün iş olmayacaq

Oxunma vaxtı:39 Saniyə

Gələn il Novruz və Ramazan bayramları eyni günlərdə qeyd olunacaq.

Nazirlər Kabinetinin Qərarına əsasən, həmin bayramlarla əlaqədar 11 gün qeyri-iş günü olacaq.

Belə ki, 2026-cı ilin martın 20, 21, 22, 23, 24-ü Novruz bayramıdır. 21 və 22 mart tarixləri şənbə və bazar günlərinə təsadüf etdiyindən Əmək Məcəlləsinin tələblərinə əsasən, 25 və 26 mart qeyri-iş günləri olacaq.

Martın 20, 21-i qeyd ediləcək Ramazan bayramı iş günü hesab olunmayan başqa bayram günü ilə üst-üstə düşdükdə növbəti iş günü istirahət günü hesab edilir. Beləliklə, Əmək Məcəlləsinin tələbinə əsasən, növbəti iş günləri 27 və 30 mart tarixləri də qeyri-iş günləri olacaq.

Bununla da Novruz və Ramazan bayramları ilə əlaqədar 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29 və 30 mart qeyri-iş günləri olacaq.

Loading

Next Post

Baş nazirdən XİN-lə bağlı - Qərar

Xarici İşlər Nazirliyinin (XİN) kollegiyasının üzvlərinin sayı və tərkibi təsdiqlənib.Bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb. Qərara əsasən, Xarici İşlər Nazirliyinin kollegiyasının üzvlərinin sayı 11 nəfərdən ibarət müəyyənləşdirilir və aşağıdakı tərkibdə təsdiqlənir: Kollegiyanın sədri Xarici işlər naziri Kollegiyanın üzvləri: Xarici işlər nazirinin müavinləri “ADA” Universitetinin rektoru; Xarici İşlər Nazirliyinin […]