Buzovnada ticarət mərkəzi yanıb

Oxunma vaxtı:32 Saniyə

Buzovnada ticarət mərkəzi yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən ticarət mərkəzində yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində ümumi sahəsi 2000 m² olan birmərtəbəli ticarət mərkzininin ərazisində bir-birinə bitişik tikilmiş müxtəlif təyinatlı mağazalarda baş vermiş yanğın havanın küləkli olmasına baxmayaraq genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ticarət mərkəzində bir-birinə bitişik müxtəlif təyinatlı mağazalar ümumilikdə 214 m² sahədə yanıb.

Ticarət mərkəzinin böyük hissəsi yanğından mühafizə olunub.

Loading

Next Post

Xınalığa 20 sm qar yağıb, dağlıq rayonlarda şaxta olub - FAKTİKİ HAVA

Aprelin 14-dən 15-nə keçən gecədən başlayaraq ölkənin əksər rayonlarında hava şəraiti yağıntılı keçir, yağıntılar bəzi yerlərdə intensiv leysan xarakterlidir. Bu barədə Milli Hidrometeorologiya Xidmətinin aprelin 15-i saat 10:00-a olan məlumatında qeyd edilib. Bildirilib ki, düşən yağıntının miqdarı Beyləqanda 23 mm (aylıq normanın 75 %-i), Ağdamda 19 mm (aylıq normanın 39 […]