Sahibkarlıq sahəsində yoxlamaların dayandırılması müddəti daha 1 il uzadılıb

Oxunma vaxtı:21 Saniyə

Azərbaycanda sahibkarlıq sahəsində olan yoxlamaların dayandırılmasının müddəti uzadılıb.

Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Sahibkarlıq sahəsində yoxlamaların dayandırılması haqqında” qanuna dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, Azərbaycanda sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması müddəti 2027-ci il yanvarın 1-nə qədər uzadılıb.

Bundan əvvəl bu müddət 2026-cı il yanvarın 1-dək müəyyən edilmişdi.

Qeyd edək ki, ölkədə sahibkarlığın inkişafının stimullaşdırılması məqsədi ilə 2015-ci il noyabrın 1-dən etibarən yoxlamalar dayandırılıb.

Loading

Next Post

Elxan İbrahimovun yerinə Tahir Budaqov gətirildi

Tahir Yaqub oğlu Budaqov Dövlət Statistika Komitəsinin sədri vəzifəsindən azad edilib.Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Dövlət başçısının digər Sərəncamı ilə Tahir Yaqub oğlu Budaqov Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub. Qeyd edək ki, Nəsimi Rayon İcra Hakimiyyətinin eks-icra başçısı Elxan İbrahimov ötən ilin dekabrında vəzifəsindən […]