Elxan İbrahimovun yerinə Tahir Budaqov gətirildi

Oxunma vaxtı:22 Saniyə

Tahir Yaqub oğlu Budaqov Dövlət Statistika Komitəsinin sədri vəzifəsindən azad edilib.

Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Dövlət başçısının digər Sərəncamı ilə Tahir Yaqub oğlu Budaqov Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.

Qeyd edək ki, Nəsimi Rayon İcra Hakimiyyətinin eks-icra başçısı Elxan İbrahimov ötən ilin dekabrında vəzifəsindən azad edilib. 43 yaşlı E.İbrahimov işində yol verdiyi nöqsanlarla əlaqədar qısa müddət sonra – heç 2 ay olmamış işdən çıxarılmışdı.

Loading

Next Post

BDYPİ əlverişsiz hava şəraiti ilə bağlı sürücüləri diqqətli olmağa çağırıb

Yağıntı ilə əlaqədar yollarda sürüşmə riski xeyli artıb. Xüsusilə qar yağan və buzlaşma ehtimalı olan yol sahələrində sürüşkənlik daha da güclənir ki, bu da nəqliyyat vasitələrinin idarə olunmasını çətinləşdirir. Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciətində bildirilib. “Bununla əlaqədar, bir daha […]