BDYPİ əlverişsiz hava şəraiti ilə bağlı sürücüləri diqqətli olmağa çağırıb

Oxunma vaxtı:25 Saniyə

Yağıntı ilə əlaqədar yollarda sürüşmə riski xeyli artıb. Xüsusilə qar yağan və buzlaşma ehtimalı olan yol sahələrində sürüşkənlik daha da güclənir ki, bu da nəqliyyat vasitələrinin idarə olunmasını çətinləşdirir.

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciətində bildirilib.

“Bununla əlaqədar, bir daha sürücülərdən xahiş olunur ki, hərəkət zamanı son dərəcə diqqətli və ehtiyatlı olsunlar, öndə hərəkət edən nəqliyyat vasitələri ilə təhlükəsiz ara məsafəsi saxlasınlar, müəyyən olunmuş sürət həddinə ciddi əməl etsinlər, qəfil manevrlərdən çəkinsinlər”, – müraciətdə bildirilib.

Loading

Next Post

Premyer Liqa: "Şamaxı" "Qarabağ"ı, "Neftçi" "Qəbələ"ni qəbul edir

“Qarabağ” və “Neftçi” komandaları Misli Premyer Liqasında növbəti oyunlarını bu gün keçirəcəklər. Ağdam təmsilçisi XIX turda “Şamaxı”nın qonağı olacaq. Qarşılaşma Şamaxı şəhər stadionunda, saat 14:30-da start götürəcək. Meydan sahibləri 23 xalla 8-ci, Ağdam klubu 39 xalla ikinci pillədə qərarlaşıb. Turun son matçında “Qəbələ” səfərdə “Neftçi” ilə üz-üzə gələcək. Bu oyun […]