Pezeşkian: Yaxın Şərqdə müharibə tərəflərin maraqlarına cavab vermir

Oxunma vaxtı:22 Saniyə

İran Prezidenti Məsud Pezeşkian bəyan edib ki, Yaxın Şərqdə müharibə heç bir tərəfə fayda gətirmir və gərginliyin azaldılması üçün bütün diplomatik və rasional yollardan istifadə edilməsinə çağırıb.

Bu barədə İranın dövlət informasiya agentliyi “IRNA” məlumat yayıb.

“Müharibə heç kimin maraqlarına cavab vermir və təhdidlərə qarşı durarkən gərginliyin azaldılması üçün bütün rasional və diplomatik yollardan istifadə edilməlidir”, – o qeyd edib.

Bununla yanaşı, Pezeşkian ABŞ və İsraillə münasibətlərdə “etibarsızlığın və sayıqlığın qorunmasının” zəruriliyini bəyan edib.

Loading

Next Post

Sabah Azərbaycanda yağış yağacaq

Azərbaycanda aprelin 21-də havanın arabir yağıntılı keçəcəyi gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var. Axşama doğru yağış tədricən kəsiləcək. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayimləşəcək. Havanın temperaturu gecə 10-12° isti, […]