Pakistan XİN: ABŞ-İran texniki danışıqları gələn həftə bərpa olunacaq

Oxunma vaxtı:25 Saniyə

ABŞ və İran arasında texniki danışıqlar müvəqqəti fasilədən sonra gələn həftə bərpa olunacaq.

Bu barədə Pakistan Xarici İşlər Nazirliyinin (XİN) rəsmisi Tahir Andrabi bu gün keçirilən brifinqdə deyib.

“Texniki danışıqlar gələn həftənin əvvəlində bərpa olunacaq. Bu, müvəqqəti fasilədir və danışıqlar prosesi davam etdiriləcək”, – o bildirib.

XİN nümayəndəsi qeyd edib ki, vasitəçi ölkələr olan Pakistan və Qətərin texniki qrupları 60 gün ərzində yekun sülh sazişinin əldə olunmasına yönəlmiş İslamabad anlaşma memorandumunun icrasına dəstək məqsədilə yaxın həftələrdə amerikalı və iranlı həmkarları ilə işi davam etdirəcəklər.

Loading

Next Post

Pakistanın Azərbaycandakı səfirliyi iki gün işləməyəcək

Pakistanın Azərbaycandakı səfirliyi iyunun 25-26-da işləməyəcək. Bu barədə səfirlik məlumat yayıb. Bildirilib ki, iyunun 25-i Aşura günü və iyunun 26-sı Silahlı Qüvvələr Günü ilə əlaqədar diplomatik missiya fəaliyyət göstərməyəcək.