Ərdoğan: Türkiyə və Azərbaycan Avropanın enerji təhlükəsizliyi baxımından strateji əhəmiyyət daşıyır

Oxunma vaxtı:35 Saniyə

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Bakı Enerji Həftəsi”nin iştirakçılarına müraciət edib.

Bu barədə “TRT Haber” məlumat yayıb.

Ərdoğan Türkiyə və Azərbaycanın Avropanın enerji təhlükəsizliyi baxımından strateji əhəmiyyət kəsb etdiyini vurğulayıb: “Azərbaycanla Türkiyə arasındakı əlaqələr hər sahədə olduğu kimi, enerji sahəsində də güclü və qətiyyətlə davam edir”.

Prezident Türkiyə və Azərbaycanın enerji sahəsində bir çox uğurlara imza atdığını qeyd edib: “Son illərdə baş verən qlobal geosiyasi proseslər Türkiyə-Azərbaycan əməkdaşlığının enerji təhlükəsizliyi baxımından əhəmiyyətini bir daha vurğulayıb. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum boru kəməri kimi infrastruktur sərmayələri təkcə Türkiyə və Azərbaycana yox, həm də regionun və Avropanın enerji təhlükəsizliyinə mühüm töhfələr verməkdə davam edir”.

Türkiyə lideri İğdır-Naxçıvan boru kəmərini enerji əməkdaşlığının ən yeni nümunəsi adlandırıb.

Loading

Next Post

İlham Əliyev minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasının üzvlərini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev iyunun 2-də Bakıda keçirilmiş minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasının üzvlərini qəbul edib.Məlumatı Prezidentin Mətbuat Xidməti yayıb. Qeyd edək ki, Bakıda keçirilən minifutbol üzrə dünya çempionatının Milli Gimnastika Arenasında təşkil olunan final görüşündə Azərbaycan və Macarıstan yığmaları üz-üzə gəlib. Matç Azərbaycan yığmasının 4:2 […]