İran XİN başçısı ABŞ ilə nüvə sazişi üzrə danışıqlar aparmaq üçün Romada səfərdədir

Oxunma vaxtı:28 Saniyə

İranın xarici işlər naziri Abbas Əraqçinin başçılıq etdiyi nümayəndə heyəti ABŞ ilə nüvə sazişi üzrə danışıqların ikinci raundunda iştirak etmək üçün Romada səfərdədir.

Bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Məlumata görə, aprelin 19-da Əraqçi və ABŞ Prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff Oman nümayəndələrinin vasitəçiliyi ilə dolayı danışıqlar aparacaq. Görüş hər iki tərəfin konstruktiv kimi qiymətləndirdiyi Maskatda keçirilən birinci raund danışıqlardan bir həftə sonraya təsadüf edir.

Xatırladaq ki, dünən Əraqçi Moskvada Tehranın Amerika tərəfinin realizm nümayiş etdirməsi şərti ilə Vaşinqtonla nüvə proqramı ilə bağlı razılığın əldə olunmasının mümkün olduğunu söyləmişdi.

Loading

Next Post

Putindən Əsəd açıqlaması - Suriyaya verilir?

Rusiya prezidenti Vladimir Putindən Bəşər Əsədin Suriyaya ekstradisiyası ilə bağlı məsələyə aydınlıq gətirib. Suriyanın yeni  hakimiyyəti Moskvadan Bəşər Əsədin Dəməşqə  təhvil verilməsini tələb edib.Xarici medianın yazdığına görə, Dəməşqin Bəşər Əsədin ekstradisiyası tələbini Rusiya prezidenti Putin rədd edib.