Zelenski: Danışıqlar ərazi məsələsinə görə dalana dirənib

Oxunma vaxtı:30 Saniyə

Danışıqlar ərazi məsələsinə görə dalana dirənib

Bu barədə Prezident Volodimir Zelenski bildirib.

Onun sözlərinə görə, ABŞ, Rusiya və Ukrayna arasında fərqli baxışlar var və Donbasla bağlı vahid yanaşma yoxdur.

Ukrayna Prezidenti deyib ki, ABŞ-ın sülh təşəbbüsü üzrə danışıqların iştirakçıları hələ də ərazi məsələsində razılığa gələ bilmirlər.

Zelenski qeyd edib ki, ABŞ-ın planının bəzi elementləri bir sıra “həssas məsələlər”, o cümlədən müharibədən əziyyət çəkən ölkə üçün təhlükəsizlik təminatları və şərq bölgələrinə nəzarət kimi məsələlər üzrə əlavə müzakirə tələb edir.

O əlavə edib ki, Kiyev Qərb müttəfiqləri, ilk növbədə ABŞ-la təhlükəsizlik zəmanətləri üzrə ayrıca saziş bağlamaqda israrlıdır.

Loading

Next Post

Suriya Bəşər Əsədin devrilməsinin ildönümünü qeyd edir

Suriyada sabiq prezident Bəşər Əsədin devrilməsinin birinci ildönümü qeyd olunur. Bununla bağlı paytaxt Dəməşqdə hərbi parad keçirilib. Paradda Suriya Prezidenti Əhməd əl-Şaraa və hökumət üzvləri iştirak edib. Qeyd edək ki, ötən il dekabrın 8-də Suriyada Bəşər Əsəd rəhbərliyindəki hökumət devrilib. Beləliklə, ölkədə 2011-ci ildən bəri davam edən vətəndaş müharibəsindən sonra […]