Şəmkirdə 68 yaşlı qadının qəsdən öldürüldüyü məlum olub – BİRGƏ MƏLUMAT

Oxunma vaxtı:33 Saniyə

Şəmkirdə baş vermiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb.

Bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin Mətbuat xidmətlərinin birgə məlumatında bildirilib.

Məlumata görə, ötən ilin dekabrın 23-də Şəmkir rayon sakini 1957-ci il təvəllüdlü Mahmudova Solmaz Dadaş qızının üzərində zorakılıq əlamətləri olan meyitinin aşkar olunması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Prokurorluq və polis əməkdaşlarının həyata keçirdiyi tədbirlərlə S.Mahmudovanın 1996-cı il təvəllüdlü Həmidli Arzu Mahir oğlu tərəfindən qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən edilib.

Arzu Həmidli şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi (qəsdən adam öldürmə) ilə başlanmış cinayət işinin ibtidai istintaqı davam etdirilir.

Loading

Next Post

Bakıda şagirdin güllələdiyi müəllimə palataya köçürülüb

Bakıda şagirdin güllələdiyi müəllimə palataya köçürülüb. Bu barədə “Report”un sorğusuna cavab olaraq Kliniki Tibbi Mərkəzdən (KTM) məlumat verilib. Qeyd olunub ki, 1997-ci il təvəllüdlü qadın KTM-in Reanimasiya şöbəsindən Neyrocərrahiyyə şöbəsinə köçürülüb. Hazırda pasiyentin müalicəsi palata şəraitində davam etdirilir, vəziyyəti stabil qiymətləndirilir. Xatırladaq ki, hadisə ötən gün paytaxtın Binəqədi rayonu ərazisində […]