Bakıda şagirdin güllələdiyi müəllimə palataya köçürülüb

Oxunma vaxtı:25 Saniyə

Bakıda şagirdin güllələdiyi müəllimə palataya köçürülüb.

Bu barədə “Report”un sorğusuna cavab olaraq Kliniki Tibbi Mərkəzdən (KTM) məlumat verilib.

Qeyd olunub ki, 1997-ci il təvəllüdlü qadın KTM-in Reanimasiya şöbəsindən Neyrocərrahiyyə şöbəsinə köçürülüb.

Hazırda pasiyentin müalicəsi palata şəraitində davam etdirilir, vəziyyəti stabil qiymətləndirilir.

Xatırladaq ki, hadisə ötən gün paytaxtın Binəqədi rayonu ərazisində yerləşən “İdrak” liseyində baş verib. Belə ki, liseyin 10-cu sinif şagirdi atasına məxsus ov silahı ilə müəlliməsinə xəsarət yetirib. Hadisəni törətməkdə şübhəli bilinən şagird saxlanılıb, cinayət işi açılıb.

Loading

Next Post

Premyer Liqa: "Kəpəz" "İmişli"ni, "Turan Tovuz" "Karvan-Yevlax"ı sınağa çəkəcək

Misli Premyer Liqasında XIX turun daha iki oyunu bu gün keçiriləcək. Günün ilk matçında “Kəpəz” “İmişli”nin qonağı olacaq. Qarşılaşma Quba Olimpiya İdman Kompleksinin stadionunda, saat 14:30-da start götürəcək. “İmişli” 18 xalla 9-cu, Gəncə klubu 12 xalla 11-ci pillədə qərarlaşıb. Günün ikinci oyununda “Turan Tovuz” autsayder “Karvan-Yevlax”ı sınağa çəkəcək. Bu görüş […]