Latviya Prezidenti COP29-a gələcək

Oxunma vaxtı:30 Saniyə

Latviya Prezidenti Edqars Rinkeviçs noyabrda Bakıda keçiriləcək COP29 iqlim konfransında iştirakını təsdiqləyib.

Bunu “Report”a açıqlamasında Latviyanın Azərbaycandakı səfiri Edqars Skuya deyib.

“Latviya Prezidenti Edqars Rinkeviçs COP29-da iştirakını təsdiqləyib. Bakıya nümayəndə heyəti ilə gələcək Prezident rəsmi açılışda və bütün əsas COP tədbirlərində iştirak edəcək”, – səfir bildirib.

Onun sözlərinə görə, ümumilikdə Latviya iqlim konfransında geniş şəkildə təmsil olunacaq. O cümlədən, kənd təsərrüfatı nazirinin rəhbərlik etdiyi nümayəndə heyətinin iştirakı nəzərdə tutulub. Digər nazirlərin və biznes-nümayəndə heyətlərinin də iştirakı mümkündür.

Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) noyabrın 11-22 tarixlərində Bakıda keçiriləcək.

Loading

Next Post

Bakıda bu yollarda sıxlıq var - SİYAHI

Bakıda tıxac olan yollar açıqlanıb. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. Hazırda yollardakı vəziyyət: 1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində; 2. Koroğlu Rəhimov küçəsi, Ak. Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində; 3. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində; 4. Heydər Əliyev […]