Bakıda bu yollarda sıxlıq var – SİYAHI

Oxunma vaxtı:48 Saniyə

Bakıda tıxac olan yollar açıqlanıb.

Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Hazırda yollardakı vəziyyət:

1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində;

2. Koroğlu Rəhimov küçəsi, Ak. Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində;

3. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində;

4. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;

5. Niyazi küçəsi, “Azneft” dairəsi istiqamətində;

6. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

7. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;

8. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;

9. Zərifə Əliyeva küçəsində;

10. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;

11. Babək prospekti, mərkəz istiqamətində;

12. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən “Dədə Qorqud” parkı istiqamətində;

13. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

14. Mikayıl Əliyev küçəsi, Neft Emalı Zavodunun yanından “Koroğlu” metro stansiyası istiqamətində (dairəyə qədər);

15. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində sıxlıq müşahidə olunur.

Loading

Next Post

Azərbaycan nefti 2 dollara qədər BAHALAŞIB

Türkiyənin Şırnak vilayətində, Şırnak-Cizre köhnə avtomobil yolunda zirehli transportyorun aşması nəticəsində 10 əsgər yaralanıb. Şırnak-Cizrə köhnə magistral yolunun Kasrik Koçbey kəndi yaxınlığında zirehli transportyor yoldan çıxaraq aşıb. Hadisə yerinə təcili tibbi yardım, xilasetmə, yanğınsöndürən və jandarma qrupları yönəldilib. Qəza nəticəsində 10 əsgərin yaralandığı bildirilir. Yaralı əsgərlərin həyati təhlükəsinin olmadığı bildirilir.