Bakıda 5-ci “Avropa Bilik Yarışı” keçirilib – ƏLAVƏ OLUNUB

Oxunma vaxtı:49 Saniyə

Bakıda “Avropa viktorinası” 2026 beşinci intellektual müsabiqəsi keçirilir.

Müsabiqə Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyi tərəfindən Gənc Avropa Səfirləri Şəbəkəsi (GAS) ilə əməkdaşlıq çərçivəsində təşkil olunub.

Builki yarışa maraq rekord səviyyəyə çatıb. Belə ki, iştirak üçün 130-dan çox komanda və 520-dən artıq şəxs müraciət edib.

Müsabiqə ölkənin hər yerindən perspektivli gəncləri – məktəbliləri və ali məktəb tələbələrini bir araya gətirib, Avropa, onun dəyərləri və müxtəlifliyi haqqında biliklərin genişləndirilməsi üçün platforma olub.

Açılış mərasimində çıxış edən Aİ-nin Azərbaycandakı səfiri Mariyana Kuyundziç qeyd edib ki, Avropa İttifaqı ölkə gənclərini dəstəkləyir, qarşılıqlı anlaşma və əməkdaşlığın gücləndirilməsinə çalışır.

Onun sözlərinə görə, məhz gənclər cəmiyyətlər arasında körpülərin qurulmasında mühüm rol oynayır, bu cür təşəbbüslər isə bilik və təcrübə mübadiləsinə kömək edir.

Müsabiqənin finalında 69 iştirakçının təmsil olunduğu 18 komanda iştirak edir. Seçim mərhələlərinin nəticələrinə əsasən finala qalan dörd komanda müəyyən ediləcək.

Qalib komandalara xüsusi mükafatlar verilib, bütün finalçılara isə sertifikatlar təqdim olunub. Mükafatlandırma mərasimində Aİ-nin üzvü olan dövlətlərin səfirləri və diplomatik korpusun nümayəndələri iştirak ediblər.

Bakıda 5-ci "Avropa Bilik Yarışı" keçirilib – ƏLAVƏ OLUNUB

Loading

Next Post

Abbas Əraqçi: Əgər İrana hücum edilsə, biz regiondakı ABŞ bazalarını hədəf alacağıq

“İran raket proqramı üzrə danışıqlar aparmayacaq”. Bunu İranın xarici işlər naziri Abbas Əraqçi “Al Jazeera“ telekanalına müsahibəsində deyib. O, sözügedən danışıqları sırf müdafiə xarakterli məsələ adlandırıb. Əraqçi müsahibəsində Vaşinqtonla son təmasların “yaxşı başlanğıc nöqtəsi” olduğunu qeyd etsə də, etimadın möhkəmləndirilməsi üçün hələ uzun yol olduğunu vurğulayıb. Nazir bildirib ki, bir […]