Əli Nağıyev: Azərbaycan Əfqanıstanın sabitliyi və təhlükəsizliyi ilə bağlı dəstəyini əsirgəməyib

Oxunma vaxtı:22 Saniyə

Azərbaycan hər zaman Əfqanıstanda daxili siyasi sabitliyin və təhlükəsizliyin təmin olunması üçün irəli sürülən beynəlxalq təşəbbüsləri dəstəkləyib.

Bunu Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Əli Nağıyev Bakıda “Əfqanıstan: regional təmaslar, təhlükəsizlik və inkişaf” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

O bildirib ki, Azərbaycan bu istiqamətdə səylərini heç vaxt əsirgəməyib:

“Əfqanıstana transmilli mütəşəkkil cinayətkarlığa, o cümlədən beynəlxalq terrorçuluğa, narkotik vasitələrin qanunsuz dövriyyəsinə və qeyri-qanuni miqrasiyaya qarşı apardığı mübarizədə dünya ölkələrinin hərtərəfli dəstək verməsi zəruridir”.

Loading

Next Post

Pezeşkian İlham Əliyevə Azərbaycana səfəri zamanı göstərilən qonaqpərvərliyə görə təşəkkür edib

İran Prezidenti Məsud Pezeşkian dünənki Azərbaycana səfəri zamanı göstərilən qonaqpərvərliyə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.Bu barədə M.Pezeşkian “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib. M.Pezeşkian səfər zamanı Azərbaycan və İran arasında mühüm razılaşmaların əldə olunduğunu xatırladıb. “Bu səfər etimadın gücləndirilməsi və hərtərəfli elmi, iqtisadi, mədəni, müdafiə əməkdaşlığının yeni üfüqlərinin […]