Tramp bu dəvəti Putinə də etdi

Oxunma vaxtı:30 Saniyə

ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putini Qəzza sektorunun idarə edilməsi məqsədilə yaradılan Sülh Şurasının tərkibinə qatılmağa dəvət edib. 

Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib. 

“Bəli, Prezident Putin də diplomatik kanallar vasitəsilə bu Sülh Şurasının tərkibinə daxil olmaq üçün dəvət alıb, hazırda biz bu təklifin bütün detallarını araşdırırıq. Bütün nüansları aydınlaşdırmaq üçün Amerika tərəfi ilə kontaktların olacağına ümid edirik”, – Peskov bildirib.

Xatırladaq ki, D.Tramp bir neçə gün öncə Qəzza ilə bağlı Sülh Şurasının yaradıldığını elan etmişdi. Daha əvvəl Trampın Sülh Şurasına qatılmaq təklifinə Qazaxıstan lideri Kasım-Jomart Tokayevin razılıq verdiyi açıqlanmışdı.

Loading

Next Post

İlham Əliyev “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görüldü

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) nüfuzlu Şeyx Zayed Fondu 2026-cı il üçün “Zayed İnsan Qardaşlığı Mükafatı”nın qaliblərinin adlarını açıqlayıb.Mükafata layiq görülənlər arasında Azərbaycan Prezidenti İlham Əliyev də var. Bu barədə Şeyx Zayed Fondunun rəsmi internet səhifəsində məlumat verilib. Məlumatda qeyd edilib ki, bu mükafat Qafqazda onilliklər ərzində davam edən münaqişəyə və […]