İranda qeyri-fars adlara qarşı məhdudiyyətlər gücləndi

Oxunma vaxtı:26 Saniyə

Adlar bazası İran və islam adları ilə zənginləşdirilməlidir və interaktiv sistem valideynlərə İran və islam adlarını seçməkdə yardım etməlidir.

Bunu İran Vətəndaşlığın Qeydiyyatı İdarəsinin rəhbəri Haşım Kargər deyib.

O, İran milli kimliyinin inkişaf etdirilməsi üçün əlaqədar qurum və şəxslərə kimlik sahəsində məlumat bazasını İran və islam mədəniyyətinə aid olan adlarla zənginləşdirməyi tövsiyə edib.

Qeyd edək ki, İranda qeyri-fars və ərəb adlarından başqa adlar qeyri-irani adlar hesab edilir.

Azərbaycanlı valideynlər uşaqlarına türk adları seçdiklərinə görə məhrumiyyət və təzyiqlərlə üzləşir, uşaqlara türk adlarına görə illərlə kimlik verilmir.

Loading

Next Post

İran nüvə silahı əldə etmək ərəfəsindədir - Xəbərdarlıq

“Amerikaya ölüm” deyən İrandakı dini diktatura hökuməti nüvə silahı əldə etmək ərəfəsindədir. Bu barədə ABŞ Konqresinin Nümayəndələr Palatasının keçmiş sədri Nyut Qinqriç xəbərdarlıq edib. O, ABŞ və başqa dövlətləri Tehran hökumətinin bu istiqamətdəki fəaliyyətlərinin qarşısını almağa çağırıb.