XIII Qlobal Bakı Forumunun keçiriləcəyi tarix məlum olub

Oxunma vaxtı:24 Saniyə

XIII Qlobal Bakı Forumu ərəfəsində yekun koordinasiya iclası keçirilib.

Bu barədə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “X” hesabında paylaşım edilib.

Qeyd olunub ki, qarşıdan gələn XIII Qlobal Bakı Forumu ilə bağlı yekun koordinasiya iclası təşkil olunub.

Bildirilib ki, 2026-cı il 12–14 mart tarixlərində Azərbaycanın paytaxtı Bakıda keçiriləcək forum çərçivəsində 400-dən çox beynəlxalq qonağın qəbul edilməsi gözlənilir.

Toplantıda forumun təşkili ilə bağlı əsas məsələlər müzakirə edilib və tədbirin yüksək səviyyədə keçirilməsi üçün görülən hazırlıq işləri nəzərdən keçirilib.

Loading

Next Post

Metronun "20 Yanvar" stansiyasının platformasında bir nəfər ölüb

Bu gün saat 11:30 radələrində metronun “20 Yanvar” stansiyasında ölüm hadisəsi baş verib. Bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb. Bildirilib ki, stansiyanın platformasında sərnişinlərdən birinin halı pisləşib. Dərhal əraziyə təcili tibbi yardım xidməti çağırılsa da, kişi sərnişinin həyatını xilas etmək mümkün olmayıb. Qeyd olunub ki, hadisə qatarların hərəkət intervalına […]