Bütün Rusiya universitetləri Boloniya sistemindən çıxarılıb

alfonsonri
Oxunma vaxtı:31 Saniyə

Rusiyanın bütün universitetləri Boloniya sistemindən çıxarılıb.

Bunu Rusiyanın Təhsil və elm nazirinin müavini  Dmitri Afanasyev Federasiya Şurasının Elm, təhsil və mədəniyyət komitəsinin “Müasir şəraitdə Rusiya Federasiyasında ali təhsil sisteminin inkişafı məsələləri” mövzusunda geniş iclasında çıxışı zamanı deyib.

Qeyd olunub ki, Rusiya Rektorlar İttifaqının müraciəti əsasında təhsil müəssisələrinin rəhbərlərinin imzalamasından sonra ölkənin təhsil təşkilatları faktiki olaraq Boloniya prosesindən kənarlaşdırılıb.

Bildirilib ki, 20 il ərzində Boloniya sistemindən istifadə etdikdə məlum oldu ki, bir sıra xüsusiyyətlər əvvəlcə qarşıya qoyulan məqsədlərə nail olmağa kömək etmir.

Rusiya Təhsil və Elm Nazirliyinin rəhbəri Valeri Falkov bildirib ki, Rusiya yaxın bir neçə ildə milli təhsil sisteminə keçə biləcək. 

Loading

Next Post

Azərbaycanda yeniyetmə qızı ərə verirlər

Sabirabad rayonu Qəzli kəndində erkən nikaha cəhd müəyyən olunub. Bu haqda Azərbaycan Uşaqlar Birliyi – Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin rəhbəri Kəmalə Ağazadə məlumat yayıb. Məlumata görə, toy iyunun 8-də baş tutacaqdı. Qızın kimliyi, neçə yaşı olduğu hələki məlum deyil. Əlavə məlumat üçün qeyd edək ki, bu sözügedən kənddə ikinci erkən […]