Bu gün də Bakıda qar yağacaq – Çovğun olacaq

Oxunma vaxtı:53 Saniyə

Ötən gün Azərbaycanın müxtəlif bölgələrində başlayan qar bu gün də davam edəcək.

Bu Milli Hidrometeorologiya xidməti məlumat yayıb.

Bakıda və Abşeronda qar yağacaq

Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində intensivləşəcəyi ehtimalı var. Axşam tədricən kəsiləcək. Güclü şimal-qərb küləyi əsəcək.

Güclü külək və çovğun gözlənilir

Gecə və səhər qarla müşahidə olunan güclü küləyin çovğun yaradacağı, bəzi yolların isə buz bağlayacağı ehtimalı var.

Havanın Temperaturu necə olacaq?

Havanın temperaturu gecə və gündüz 0-3° şaxta olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80% olacaq.

Rayonlarda yağıntılı hava proqnozu

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Dağlıq ərazilərdə şaxta və buz bağlama təhlükəsi

Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 2-6° isti, dağlarda gecə 7-12°, yüksək dağlıq ərazilərdə 13-18° şaxta, gündüz 2-7° şaxta olacaq. Bəzi rayonlarda yolların buz bağlama ehtimalı var.

Loading

Next Post

Avropanın 20 ölkəsi və Kanadadan Ukraynaya dəstək

ABŞ-ın Kiyevlə bağlı dəyişmiş siyasəti fonunda 20 Avropa ölkəsi və Kanada 3 ilə yaxındır Rusiyanın hərbi təcavüzünü dəf edən Ukraynaya yardımı davam etdirəcəklərini bəyan ediblər. Fransa prezidenti Emmanuel Makron Parisdə keçirilən qeyri-rəsmi sammitdən sonra deyib: “Biz Ukraynanı dəstəkləyirik və Avropada sülh və təhlükəsizliyin təmin edilməsi üçün üzərimizə düşən bütün öhdəlikləri […]