Avropanın 20 ölkəsi və Kanadadan Ukraynaya dəstək

Oxunma vaxtı:42 Saniyə

ABŞ-ın Kiyevlə bağlı dəyişmiş siyasəti fonunda 20 Avropa ölkəsi və Kanada 3 ilə yaxındır Rusiyanın hərbi təcavüzünü dəf edən Ukraynaya yardımı davam etdirəcəklərini bəyan ediblər.

Fransa prezidenti Emmanuel Makron Parisdə keçirilən qeyri-rəsmi sammitdən sonra deyib: “Biz Ukraynanı dəstəkləyirik və Avropada sülh və təhlükəsizliyin təmin edilməsi üçün üzərimizə düşən bütün öhdəlikləri yerinə yetirəcəyik”.

Videobağlantıya Litva, Finlandiya, Kipr, Belçika, Bolqarıstan, Kanada, Xorvatiya, Estoniya, Yunanıstan, İrlandiya, İslandiya, Latviya, Norveç, Portuqaliya, İsveç, Sloveniya və Çexiyanın dövlət və hökumət başçıları qoşulublar.

Makrondan başqa, görüşdə şəxsən Rumıniya prezidenti səlahiyyətlərini icra edən İlie Bolojan və Lüksemburqun baş naziri Luk Friden də iştirak edib.

Emmanuel Makron vurğulayıb ki, Ukrayna daim sülhə nail olmaq səylərində iştirak etməlidir və onun hüquqlarına hörmət edilməlidir. Bundan əlavə, onun sözlərinə görə, Avropa ölkələrinin təhlükəsizlik narahatlıqlarını nəzərə almaq lazımdır. Fransa prezidenti vurğulayıb ki, sülh davamlı olmalı və etibarlı təminatlarla müşayiət olunmalıdır

Loading

Next Post

Rubio: Trampın dövründə İranın nüvə silahı olmayacaq

ABŞ Prezidenti Donald Trampın prezidentliyi dövründə İranın nüvə silahı olmayacaq. Bu barədə ABŞ-nin dövlət katibi Marko Rubio bildirib. “Düşünmürəm ki, burada kiminsə şübhəsi olmalıdır. Donald Trampın dövründə İranın nüvə silahı olmayacaq”, – o bildirib. Eyni zamanda, dövlət katibi qeyd edib ki, Vaşinqtonun ABŞ-nin sərəncamında olan hansı vasitələrlə İranın nüvə silahı […]