Metronun “20 Yanvar” stansiyasının platformasında bir nəfər ölüb

Oxunma vaxtı:17 Saniyə

Bu gün saat 11:30 radələrində metronun “20 Yanvar” stansiyasında ölüm hadisəsi baş verib.

Bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb.

Bildirilib ki, stansiyanın platformasında sərnişinlərdən birinin halı pisləşib.

Dərhal əraziyə təcili tibbi yardım xidməti çağırılsa da, kişi sərnişinin həyatını xilas etmək mümkün olmayıb.

Qeyd olunub ki, hadisə qatarların hərəkət intervalına təsir etməyib, yubanma baş verməyib.

Loading

Next Post

Qazaxıstan Silahlı Qüvvələri Baş Qərargahına yeni rəis təyin edildi

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Kanış Abubakirovu müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi təyin edib. Bu barədə Akorda məlumat yayıb. “Dövlət başçısının sərəncamı ilə Kanış Abubakirov Qazaxıstanın müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargahının rəisi təyin edilib, o, əvvəlki vəzifəsindən azad edilib”, – məlumatda bildirilib. […]