Toyuna hazırlaşan qız faciəvi şəkildə öldü – Foto

Oxunma vaxtı:21 Saniyə

Tərtərdə toyuna hazırlaşan 21 yaşlı qız faciəvi şəkildə ölüb.

Hadisə Tərtər şəhərində yerləşən beşmərtəbəli binaların birində baş verib.

2003-cü il təvəllüdlü rayon sakini Arzu İlqar qızı Niftalıyeva yaşadıqları binanın dördüncü mərtəbəsində paltar sərərkən müvazinətini itirərək hündürlükdən yıxılıb. O, Mingəçevir Şəhər Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Hadisə ilə bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, vəfat edən qız nişanlı imiş, yaxın aylarda toyu olacaqmış.

Loading

Next Post

“Azeri Light” bu gün neçəyə satılır?

Dünya bazarlarında Azərbaycan nefti ucuzlaşıb. Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,08 ABŞ dolları və ya 1,43% azalaraq 74,35 dollarına bərabər olub. Qeyd edək ki, ötən gün Azərbaycan nefti 75,43 dollara ticarət edilib. Qeyd edək ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal […]