Umerov və Kislitsa Ukrayna planını müzakirə etmək üçün ABŞ-a səfər ediblər – YENİLƏNİB

Oxunma vaxtı:40 Saniyə

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov və xarici işlər nazirinin birinci müavini Sergey Kislitsanın rəhbərlik etdiyi nümayəndə heyəti ABŞ-a səfər edib.

Bu barədə “Bloomberg“ məlumat yayıb.

Səfərin məqsədi ABŞ-ın Ukrayna planını müzakirə etməkdir. Məlumata görə, Umerov və Kislitsa Floridada ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkov və ABŞ prezidentinin kürəkəni Cared Kuşner ilə görüşəcəklər.

“Bloomberg”in dəqiqləşdirməsinə görə, Uitkoff gələn həftə Rusiyada keçiriləcək danışıqlarda ABŞ nümayəndə heyətinə rəhbərlik etməlidir.

***

Ukraynanın xarici işlər nazirinin birinci müavini Sergey Kislitsa və Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov ABŞ-ın Ukrayna planını müzakirə etmək üçün ABŞ-a səfər edəcək nümayəndə heyətinin tərkibində olacaqlar.

Bu barədə “Bloomberg“ mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Umerov və Kislitsya Floridada ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkov və ABŞ prezidentinin kürəkəni Cared Kuşner ilə görüşəcəklər.

Loading

Next Post

"Qarabağ" Çempionlar Liqasında cari mövsüm 60 milyon manata yaxın gəlir əldə edib

“Qarabağ”ın UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turundan sonra əldə etdiyi gəlir müəyyənləşib. Ağdam təmsilçisinin indiyədək əldə etdiyi gəlir 30 milyon avroya (təxminən 59 milyon manat) bərabərdir. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv qitənin ən nüfuzlu klub turnirində büdcəsini yaxşılaşdıran komandalar sırasında 33-cü pillədə qərarlaşıb. Bu mənada, “köhlən atlar” “Union” (Belçika), […]