Tətildən sonra basabas… – Metroda nə baş verir? 

alfonsonri
Oxunma vaxtı:40 Saniyə

Bu gündən etibarən 9 günlük Novruz tətili başa çatıb. Tətilin ilk iş günü metroda sıxlıq müşahidə olunur.

“Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov Dogrusoztv.az-a bildirib ki, ilk iş günündə sıxlıq kifayət qədər çoxdur.

O bildirib ki, uzun istirahətdən sonra ilk bir neçə iş günündə işə gecikmələr və digər məsələlərə görə, belə hallar olur. “28 May” stansiyasına qədər qatarlarda vaqon qapılarının saxlanması halları çoxalıb.

“Həmçinin “Nizami-İnşaatçılar” sahəsinin mürəkkəbliyinə görə qatar bir stansiyanı tərk etməmiş, təhlükəsizlik tələblərinə görə həmin istiqamətdə digər stansiyadan qatarın hərəkətə başlamasına yol verilmir və işarəvermə sistemləri ilə tənzimlənir. Əlavə tədbirlər kimi əvvəlcədən bir neçə addım atılmışdı ki, bu gecikmələr yaranarsa, qarşısı mümkün qədər alınsın, intervallarda artmalar çox olmasın. Bu gün metromuzda texniki və insan resursları cəhətdən mümkün nə varsa, edilir”, – Bəxtiyar Məmmədov sərnişinlərin narazılığına aydınlıq gətirib.

Loading

Next Post

Erməni ictimaiyyətinin nümayəndələrinə Bakıda görüş təklif edilir

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası martın 1-də Xocalı şəhərində keçirilmiş görüşün və martın 13-də təqdim edilmiş dəvətin davamı olaraq Qarabağın erməni ictimaiyyətinin nümayəndələrini reinteqrasiya, həmçinin Qarabağda infrastruktur layihələrinin icrası məsələlərinin müzakirəsi məqsədilə aprel ayının birinci həftəsi Bakı şəhərində görüşün keçirilməsini bir daha təklif edir. Bu barədə Azərbaycan Prezidentinin Administrasiyası məlumat yayıb.