Prezident parlamentin buraxılması ilə bağlı sorğu göndərdi

Oxunma vaxtı:36 Saniyə

İyunun 24-də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Palatasının növbəti iclası keçirilib.

Bu barədə Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən məlumat verilib.

“İclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin III hissəsinin 1-ci bəndinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Milli Məclisinin 2024-cü il 21 iyun tarixli 1174-VIQR nömrəli “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə” Qərarı əsasında Azərbaycan Respublikası Milli Məclisinin buraxılmasının və növbədənkənar seçkilər təyin edilməsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğu barəsində Azərbaycan Respublikası Prezidentinin sorğusuna baxılaraq, Plenumun icraatına qəbul olunması haqqında qərardad qəbul edilib.

Sorğuya mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun iyunun 27-də saat 10:00-a təyin edilmiş iclasında baxılacaq”, – məlumatda bildirilib.

Loading

Next Post

"Fiziki məhdudiyyətli şəxslərin cəmiyyətə inteqrasiyası” adlı layihənin ilk tədbiri keçirilib - FOTOLAR

Qayğıya Ehtiyacı və Əlilliyi Olan Şəxslərə Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Fiziki məhdudiyyətli şəxslərin cəmiyyətə inteqrasiyası” adlı layihəsinin ilk tədbirini İmişli rayonunda fəaliyyət göstərən Şahmat məktəbində həyata keçirib. QHT.az xəbər verir ki, “Siz bizlərdən birisiniz” şüarı altında keçirilən tədbirdə İmişli rayon icra […]