Sabah 38 dərəcə isti olacaq – PROQNOZ

Oxunma vaxtı:33 Saniyə

Sabaha gözlənilən hava şəraitinin proqnozu açıqlanıb.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Belə ki, avqustun 30-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə +21 dərəcədən +25 dərəcəyədək, gündüz +31 dərəcədən +36 dərəcəyədək olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu, nisbi rütubət gecə 70-80%, gündüz 35-45% təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə +21 dərəcədən +25 dərəcəyədək, gündüz +33 dərəcədən +38 dərəcəyədək, dağlarda gecə +10 dərəcədən +15 dərəcəyədək, gündüz +22 dərəcədən +27 dərəcəyədək olacaq.

Loading

Next Post

ABŞ-nin Bakıdakı Səfirliyi işçi AXTARIR

ABŞ-nin Bakıdakı Səfirliyi yeni vakansiya elan edib. Səfirliyin məlumatına görə, təhlükəsizlik sistemləri üzrə mexanik vakansiyası açıqdır. Bu vəzifəyə təhlükəsizlik sistemlərinin quraşdırılması, yoxlanılması, texniki xidməti və fövqəladə təmirini həyata keçirmək işi daxildir. Tələblərə görə, orta məktəb + texniki təhsil (texnik/elektrikçi/mexanik) vacibdir. Ən azı 3 il praktiki təcrübə (elektrik/mexaniki/CCTV quraşdırma və təmir […]