ABŞ-nin Bakıdakı Səfirliyi işçi AXTARIR

Oxunma vaxtı:25 Saniyə

ABŞ-nin Bakıdakı Səfirliyi yeni vakansiya elan edib.

Səfirliyin məlumatına görə, təhlükəsizlik sistemləri üzrə mexanik vakansiyası açıqdır.

Bu vəzifəyə təhlükəsizlik sistemlərinin quraşdırılması, yoxlanılması, texniki xidməti və fövqəladə təmirini həyata keçirmək işi daxildir.

Tələblərə görə, orta məktəb + texniki təhsil (texnik/elektrikçi/mexanik) vacibdir.

Ən azı 3 il praktiki təcrübə (elektrik/mexaniki/CCTV quraşdırma və təmir sahəsində), ingilis, Azərbaycan və rus dillərində yaxşı bilmək də şərtdir.

Etibarlı sürücülük vəsiqəsi və səfərlərə hazır olmaq tələb olunur.

Maraqlanan və tələblərə cavab verən namizədlər ERA vasitəsilə müraciət edə bilərlər.

Loading

Next Post

Kreml: Putin Zelenski ilə görüşün mümkünlüyünü istisna etmir

Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Volodimir Zelenskinin görüşünün hazırlanması üzrə ekspert səviyyəsində iş hələ tam sürətlə həyata keçirilmir, lakin Moskva belə danışıqlara marağını və hazırlığını qoruyub saxlayır. Bunu ölkə Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. “Putin belə bir görüşün keçirilməsi mümkünlüyünü istisna etmir, lakin hesab edir ki, ali […]