Putin niyə prezident olmaq istəmirmiş – Yeltsinə verdiyi CAVAB

Oxunma vaxtı:48 Saniyə

Rusiya prezidenti Vladimir Putin deyib ki, 90-cı illərin sonunda səlahiyyət müddəti başa çatan dövlət başçısı Boris Yeltsin onu prezidentliyə namizədliyini irəli sürməyə dəvət edəndə buna hazır olmadığını bildirib.

“Əgər o dövrə qayıtmaq mümkün olsaydı, mən yenə eyni şəkildə cavab verərdim”.

Modern.az-ın məlumatına görə, Putin bunu “Rossiya 1” telekanalı və “Ria Novosti”yə müsahibəsində deyib.

Putin o zaman niyə prezidntliyə hazır olmadığını belə şərh edib:

“Nədənsə qorxduğum üçün yox, tapşırıqların miqyası sadəcə böyük olduğundan və problemlərin sayı hər gün qartopu kimi böyüdüyündən təklifə hazır deyildim. Təkrar edirəm, nədənsə qorxmurdum. Amma bütün problemləri həll etməyə hazır olmadığımı da düşünmüşdüm. Söhbət bundan gedirdi. Ona görə də mən tamamilə səmimiyyətlə cavab verdim”.

Onun sözlərinə görə, Boris Yeltsin onun cavabından sonra söhbətə bir də qayıdacağını söyləyib.

“Və bir neçə dəfə bu mövzuya qayıtdıq. Sonda dedi ki, “mən təcrübəli insanam, nə etdiyimi, nə təklif etdiyimi bilirəm”. Mənə başqa şeylər də dedi. Yəqin ki, özümü tərifləmək yaxşı çıxmaz, haqqımda müsbət sözlər söylədi”, – Putin bildirib.

Loading

Next Post

İki rayona Mühafizə İdarəsinin rəisi təyin edilib - ƏMR

Bakı şəhəri Xəzər rayon Mühafizə İdarəsinə rəis təyin edilib. Bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Sabunçu rayon Polis İdarəsinin rəis müavini polis polkovniki Sədi İsmayılov Xəzər rayon Mühafizə İdarəsinin rəisi təyin edilib. Bundan başqa, nazirin digər əmri ilə polis polkovnik-leytenantı İkram Əhmədov Göyçay […]