Parad niyə saat 1-də başlayacaq?

DogruSozTv Az
Oxunma vaxtı:27 Saniyə

Bu gün Bakıda 8 Noyabr – Zəfər Gününün beşinci ildönümü münasibətilə hərbi parad keçiriləcək. Adətən Azərbaycanda bayram günlərində rəsmi tədbirlər səhər saatlarında keçirilsə də, bugünkü parad günorta başlayacaq.

Azadlıq meydanında təşkil olunacaq tədbirin 13:00-da başlanacağı gözlənilir. Bu dəyişiklik Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın təyyarəsinin Bakıya saat 13:00 radələrində eniş etməsi ilə bağlıdır. Qardaş ölkənin rəhbəri gəldikdən sonra rəsmi tədbirə – hərbi parada start veriləcək.

Azərbaycanın müxtəlif qoşun növlərinin iştirak edəcəyi paradı Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan, Pakistan Baş naziri Şahbaz Şərif və digər qonaqlar izləyəcək.

Loading

Next Post

Prezident və birinci xanım Ulu Öndərin məzarını ziyarət etdilər - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vətən müharibəsində Qələbənin beşinci ildönümü münasibətilə Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər. Prezident İlham Əliyev Ulu Öndərin məzarı önünə əklil qoyaraq xatirəsini ehtiramla andı. Sonra birinci xanım Mehriban Əliyeva Ümummilli Liderin xatirəsini yad etdi. Dövlətimizin başçısı və […]