Prezidentin köməkçisi: Rusiya-Ukrayna müharibəsinin regional münasibətlərə ciddi təsiri var

Oxunma vaxtı:22 Saniyə

Rusiya-Ukrayna müharibəsinin regional münasibətlərə ciddi təsiri var.

Bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev martın 13-də XII Qlobal Bakı Forumunda deyib.

O bildirib ki, hazırda Azərbaycanın coğrafi baxımdan yaxın olduğu Yaxın Şərqdə də məlum hadisələr baş verir.

“Mərkəzi Asiya-Azərbaycan əlaqələrini gücləndirmək xarici siyasətimizin prioritetlərindəndir. Türk Dövlətləri Təşkilatı da bölgədə yeni reallıqdır. Həmçinin hazırda Gürcüstan-Azərbaycan münasibətləri qonşuluq əlaqələri baxımından nümunədir”, – o əlavə edib.

Loading

Next Post

İlham Əliyev Bosniya və Herseqovina Rəyasət Heyətinin Sədri ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Jelka Tsviyanoviç ilə görüşüb. Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.