Bakının bəzi ərazilərində qaz olmayacaq

Oxunma vaxtı:27 Saniyə

Xətai rayonunun 8 Noyabr prospekti ilə N.Rəfiyev küçəsinin kəsişməsi, M.Mehdizadə küçəsi, həmçinin “Qaz İxrac” İdarəsi tərəfindən “30-cu sahə” QPS-də aparılacaq təmir-quraşdırma işləri ilə əlaqədar avqustun 19-u saat 09:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb

Xətai rayonu üzrə N.Rəfiyev, M.Mehdizadə, H.Salmani və Y.Səfərov küçələri, 8 Noyabr prospektinin bir hissəsi və Babək prospekti, Nizami rayonu üzrə isə B.Çobanzadə və NZS qəsəbəsinin Yavər Səfərov küçələri qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Loading

Next Post

Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin sayı açıqlanıb

Hazırda Türkiyədə 45 minə yaxın azərbaycanlı tələbə təhsil alır. Bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) məlumat yayıb. Qeyd edilib ki, ümumilikdə 2019-2024-cü illər üzrə xaricdə əldə olunan kvalifikasiyaların tanınması üzrə TKTA-ya 22 min 578 müraciət daxil olub. Bu müraciətlərin 5 min 327-si (19%) Türkiyədə əldə olunan kvalifikasiyaların payına düşür. […]