Azərbaycan məscidlərində martın 20-də Ramazan bayramı namazı qılınacaq

Oxunma vaxtı:27 Saniyə

Azərbaycanın bütün məscidlərində Ramazan bayramı namazının qılınmasının vaxtı açıqlanıb.

Martın 20-də Bakıdakı Təzəpir məscidində bayram namazı saat 09:00-da qılınacaq.

Bayram namazının Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadənin pişnamazlığı ilə qılınacağı gözlənilir.

Eyni zamanda, paytaxtdakı Əjdərbəy məscidində bayram namazı saat 08:00-da qılınacaq.

QMİ Qazılar Şurasının martın 19-da yaydığı fətvada qeyd edilib ki, orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günü – bayram axşamı şam namazından sonradır.

Fətvada həmçinin vurğulanıb ki, adambaşına 10-15 manat fitrə zəkatının verilməsi tövsiyə olunur.

Loading

Next Post

İsrail Ordusu: Livanda 20-dən çox "Hizbullah" döyüşçüsü öldürülüb

Livanın cənubunda ötən günkü quru əməliyyatları zamanı “Hizbullah”ın 20-dən çox döyüşçüsü öldürülüb. Bu barədə İsrail Müdafiə Ordusunun bəyanatında bildirilib. Məlumata görə, İsrail ordusunun “Qolani” briqadasının əsgərləri “Hizbullah” döyüşçülərindən ibarət qrup, həmçinin çoxsaylı silah növləri aşkar edib. Qeyd olunub ki, 36-cı diviziya İranda müharibə fonunda “Hizbullah”ın İsrailə hücumlara başlamasından bəri Livanın […]