İsrail Ordusu: Livanda 20-dən çox “Hizbullah” döyüşçüsü öldürülüb

Oxunma vaxtı:19 Saniyə

Livanın cənubunda ötən günkü quru əməliyyatları zamanı “Hizbullah”ın 20-dən çox döyüşçüsü öldürülüb.

Bu barədə İsrail Müdafiə Ordusunun bəyanatında bildirilib.

Məlumata görə, İsrail ordusunun “Qolani” briqadasının əsgərləri “Hizbullah” döyüşçülərindən ibarət qrup, həmçinin çoxsaylı silah növləri aşkar edib.

Qeyd olunub ki, 36-cı diviziya İranda müharibə fonunda “Hizbullah”ın İsrailə hücumlara başlamasından bəri Livanın cənubunda quru əməliyyatları aparan İsrail ordusunun dörd diviziyasından biridir.

Loading

Next Post

Qoşqar Təhməzli Qusarda vətəndaşları qəbul edəcək

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli aprelin 20-si saat 10:00-da Qusar rayon Heydər Əliyev Mərkəzində Qusar, Quba, Xaçmaz, Şabran, Siyəzən, Xızı rayonlarından olan vətəndaşların qəbulunu keçirəcək. Bu barədə AQTA məlumat yayıb. Vətəndaşlar ad, soyad, ata adı, müraciətin məzmunu, yaşayış ünvanı və telefon nömrəsini göstərməklə info@afsa.gov.az elektron ünvanına rəsmi […]