Əfqanıstan və Pakistan Dohada danışıqlar aparır

DogruSozTv Az
Oxunma vaxtı:32 Saniyə

Bu gün Əfqanıstan və Pakistan nümayəndə heyətləri sülh danışıqlarında iştirak etmək üçün Qətərin paytaxtı Dohaya gediblər.

Bu barədə DW məlumat yayıb.

Hər iki tərəf bir həftədən çox davam edən və onlarla insanın ölümü ilə nəticələnən qarşıdurmadan sonra yaranmış böhranı yumşaltmağa ümid edir.

Hər iki ölkənin nümayəndə heyətinə müdafiə nazirləri rəhbərlik edir.

Pakistan tərəfi bildirib ki, müzakirələrin əsas məqsədi “Əfqanıstandan qaynaqlanan sərhədyanı terror aktlarının dərhal dayandırılması və sərhəd boyunca sülh və sabitliyin bərpası” olacaq.

Pakistanla Əfqanıstan bir-birlərini təxribatda ittiham edir. Əfqanıstan sərhəd bölgələrində hücumlar həyata keçirən silahlıları öz ərazisində gizlətmək ittihamını qəbul etmir.

Səudiyyə Ərəbistanı və Qətər daxil olmaqla, region ölkələri gərginliyin artmasının qarşısını almağa çağırıb.

Loading

Next Post

Votsapda yeni qayda tətbiq ediləcək

“Meta” şirkəti votsapda istifadəçi məxfiliyini gücləndirmək məqsədilə yeni təhlükəsizlik sistemi tətbiq edir. Bu barədə “TechCrunch” portalı məlumat yayıb. Yeniliyə əsasən, istifadəçilərə ardıcıl olaraq cavab almadan mesaj göndərən şəxslər və şirkətlər müəyyən məhdudiyyətlərlə üzləşəcək. Belə ki, yeni sistem spam və reklam mesajlarının qarşısını almağa yönəlib. Əgər bir şəxs və ya müəssisə […]